top of page

Fierra Group

AZ
AZ

MEBEL, DİZAYN VƏ TƏMİR

HAQQIMIZDA

2013-cü ildə qurulmuş Fierra Group şirkəti fəaliyyət göstərdiyi illər ərzində müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür. Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi. Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir. Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Fierra Group şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

 

Missiyamız — İnsanlara gündəlik həyatda rahatlıq təmin edən, tərz və zövqlərinə uyğun mebel təqdim etməkdir.

 

Biz insanlara inam və əminlik veririk, onların həyatını daha rahat və zövqlü edirik, onların məqsəd və arzularını reallaşdırırıq. Biz dünyanın ən yaxşı şirkətlərindən birini qururuq. Bizim müvəffəqiyyətimiz əməkdaşlarımızın professionallığı və xoşbəxtliyinə əsaslanır . Bizim missiya fəaliyyət gostərdiyimiz hər bir ölkənin iqtisadiyyatında önəmli yer tutaraq, cəmiyyətdə inamı, etibarı və stabilliyi saxlamaqdır. Bir təşkilat kimi müştərilərimiz və onların tələbatı fəaliyyətimizin əsasıdır.

 

 

Dəyərlərimiz:

 

Vicdanlılıq;

Ənənələrə hörmət etmək və təkmilləşmək;

İnam və məsuliyyətlilik;

Məntiqlilik və peşəkarlıq;

Təşəbbüskarlıq və kreativlik;

Komanda işi və nəticəlilik;

Açıqlıq və xeyirxahlıq;

Sağlam həyat tərzi (bədən, ruh və idrak).

bottom of page